...

Azərbaycan və Sloveniya əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər

Siyasət Materials 8 Sentyabr 2010 09:00 (UTC +04:00)
Sloveniyanın xarici işlər naziri Samuel Jboqar payızda Azərbaycana rəsmi səfər edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşar deyib.
Azərbaycan və Sloveniya əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir S.Ağayeva/

Sloveniyanın xarici işlər naziri Samuel Jboqar payızda Azərbaycana rəsmi səfər edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Sloveniyanın Azərbaycandakı konsulu Borut Mequşar deyib.

"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi dəvəti artıq Samuel Jboqara çatdırılıb", - diplomat qeyd edib.

Səfərin Azərbaycanda keçiriləcək Parlament seçkilərindən sonra noyabrda baş tutacağı güman edilir.

Ölkənin rəsmi şəxsləri ilə görüş zamanı iki ölkənin siyasi, iqtisadi, humanitar sahələrdə əlaqə perspektivlərinin, eləcə də regional əməkdaşlığın müzakirəsi planlaşdırılıb.

Tərəflər Avropa İttifaqı çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi də edəcəklər.

Xəbər lenti

Xəbər lenti