...

Azərbaycan Prezidenti KXDR Dövlət Müdafiə Komitəsinin Sədrini təbrik edib

Siyasət Materials 8 Sentyabr 2010 18:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin Sədri Kim Çen İri ölkəsinin milli bayramı münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti KXDR Dövlət Müdafiə Komitəsinin Sədrini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Müdafiə Komitəsinin Sədri Kim Çen İri ölkəsinin milli bayramı münasibətilə təbrik edib. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Milli bayramınız - Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Kim Çin İrə möhkəm cansağlığı, işlərində uğurlar, dost xalqınıza sülh və rifah arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti