...

İlham Əliyev Latviyanın sabiq Prezidentini qəbul edib

Siyasət Materials 13 Sentyabr 2010 17:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul edib.
İlham Əliyev Latviyanın sabiq Prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Xanım Vayra Vike-Freyberqa ölkəmizə səfərindən ötən beş il ərzində Bakıda çox böyük işlərin görüldüyünü, paytaxtın gözəl və müasir bir şəhərə çevrildiyini deyib və bu münasibətlə dövlətimizin başçısını təbrik edib.

Xoş sözlərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Bakı şəhərində, eləcə də Azərbaycanın bölgələrində irimiqyaslı layihələrin həyata keçirildiyini, müxtəlif sahələrə, o cümlədən turizmin inkişafına böyük həcmdə sərmayələrin qoyulduğunu bildirib. Azərbaycanın beynəlxalq əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı məsələlərinə böyük önəm verdiyini vurğulayıb.

Xanım Vayra Vike-Freyberqa Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da genişlənməsi işinə həmişə dəstək verəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti