...

Azərbaycanın xarici işlər naziri Latviyanın keçmiş Prezidentini qəbul edib

Siyasət Materials 13 Sentyabr 2010 18:46 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın keçmiş Prezidenti, BMT baş katibinin xüsusi elçisi və Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının həmsədri xanım Vayra Vike-Freyberqanı qəbul edib.
Azərbaycanın xarici işlər naziri Latviyanın keçmiş Prezidentini qəbul edib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın keçmiş Prezidenti, BMT baş katibinin xüsusi elçisi və Avropa İttifaqının uzunmüddətli inkişaf proqramının həmsədri xanım Vayra Vike-Freyberqanı qəbul edib. Bu barədə bazar ertəsi XİN-in mətbuat xidməti məlumat yayıb.

Nazir ölkələrimiz arasında dostluq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bildirib və Azərbaycanın xarici siyasətində Avroatlantik strukturlara inteqrasiyanın prioritet təşkil etdiyini vurğulayıb.

Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda həyata keçirilən enerji və infrastruktur layihələrinin regionun inkişafında mühüm rol oynadığını qeyd edib. Nazir Ermənistanın Azərbaycanın ərazilərini hələ də işğal altında saxlaması və münaqişənin həllinə dair aparılan danışıq prosesində tutduğu qeyri-konstruktiv mövqeyi bu ölkənin regional inkişafdan yararlanmasına maneə olduğunu bildirib.

Xanım Vayra Vike-Freyberqa Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etməyə maraqlı olduğunu vurğulayıb. Qonaq Cənubi Qafqaz regionunun inkişafında Azərbaycanın rolunun aparıcı olduğunu yüksək qiymətləndirib və təəssüflə bildirib ki, seçim qarşısında olan Ermənistan mövcud fürsətdən istifadə etməyib.

Xəbər lenti

Xəbər lenti