...

Gürcüstan parlamentinin sədri ABŞ-da səfərdədir

Siyasət Materials 14 Sentyabr 2010 17:29 (UTC +04:00)
Gürcüstan parlamentinin sədri David Bakradze bu gün səhər ABŞ-a səfər edib.
Gürcüstan parlamentinin sədri ABŞ-da səfərdədir

Gürcüstan, Tbilisi, 14 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan parlamentinin sədri David Bakradze bu gün səhər ABŞ-a səfər edib. Gürcüstan parlamentinin spikeri uçuşdan əvvəl məlumat verib ki, o, Demokratik Ölkələr Birliyinin (Community of Democracies) Vaşinqtonda keçiriləcək forumunda əsas məruzəçilərdən biri olacaq.

Forumda Mərkəzi və Şərqi Avropa ölkələrinin parlament sədrləri iştirak edəcəklər.

Forumu Demokratik Ölkələr Birliyinin prezidenti Emanuelis Zinqeris açacaq, forumda həmçinin Avropa Parlamentinin prezidenti Cersi Buzek, ABŞ Konqresinin spikeri Nensi Pelos, Litva parlamentinin spikeri İrena Dequtiene, Moldova parlamentinin sədri Mihay Qimpu, Polşa Senatının sədr müavini Zbiqnev Romazevski iştirak edəcəklər.

David Bakradze Vaşinqtona səfəri çərçivəsində Amerika senatorları və konqresmenləri, Ağ ev administrasiyası, həmçinin QHT nümayəndələri ilə görüşəcək. Onun elmi dairələrin nümayəndələri qarşısında çıxışı planlaşdırılıb.

Sentyabrın 19-da Gürcüstan parlamentinin sədri Nyu Yorka yola düşəcək, orada investorlarla görüşəcək və BMT-nin himayəsi altında planlaşdırılmış, minilliyin inkişafı məsələsinin müzakirə olunacağı hökumət rəhbərlərinin yüksək səviyyəli görüşündə iştirak edəcək.

Sentyabrın 21-də David Bakradze parlamentlərarası ittifaqın "Siyasətin inkişafı və minilliyin planları məsələsinə parlament dəstəyinin səfərbər edilməsi" sammitində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti