...

Regionun türkdilli dövlətlərinin liderləri İstanbulda yeni beynəlxalq təşkilatın yaranmasını təsdiqləyəcəklər

Siyasət Materials 15 Sentyabr 2010 11:54 (UTC +04:00)
Region dövlətlərinin başçıları yeni beynəlxalq təşkilatın – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaranması prosesini başa çatdırmaq niyyətindədirlər. Gözlənildiyi kimi, bu gün İstanbulda açılan onuncu yubiley sammitinin əsas nəticəsi bu olacaq. Bu barədə İTAR-TASS yazır.
Regionun türkdilli dövlətlərinin liderləri İstanbulda yeni beynəlxalq təşkilatın yaranmasını təsdiqləyəcəklər

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Region dövlətlərinin başçıları yeni beynəlxalq təşkilatın - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaranması prosesini başa çatdırmaq niyyətindədirlər. Gözlənildiyi kimi, bu gün İstanbulda açılan onuncu yubiley sammitinin əsas nəticəsi bu olacaq. Bu barədə İTAR-TASS yazır.

Dövlət başçılarının qarşısında mənzil-qərargahı İstanbulda yerləşən TDƏŞ-in yaranması prosesini başa çatdırmaq və təşkilatın baş katibini təsdiq etmək tapşırığı durur.

Əməkdaşlıq Şurasının yaradılması ideyasını ilk dəfə Nursultan Nazarbayev 2006-cı ildə Antalyadakı sammitdə bəyan edib. 2009-cu ildə Naxçıvanda keçirilən forumda bu ideya yeni beynəlxalq strukturun yaradılması haqqında sazişlə möhkəmlənib. TDƏŞ eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyan yeni regional ümumtürk birliyinin yaranması üçün baza olacaq.

Sammit iştirakçıları beynəlxalq və regional məsələlərin geniş dairəsini də müzakirə edəcəklər. Bundan başqa, gündəliyə məsləhətçi-məşvərətçi orqanın - Ağsaqqallar Şurasının yaradılması məsələsi də daxildir. Gözlənildiyinə görə, ona Türkiyə Prezidenti katibliyinin rəhbəri Mustafa İsen rəhbərlik edəcək.

Liderlərin görüşündən əvvəl türkdilli dövlətlərin XİN rəhbərləri və başçıları səviyyəsində görüşü keçiriləcək.

Xəbər lenti

Xəbər lenti