...

Azərbaycanın Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Beynəlxalq Prokurorlar Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü seçilib

Siyasət Materials 17 Sentyabr 2010 20:28 (UTC +04:00)
Sentyabrın 4-dən 10-dək Niderlandın Haaqa şəhərində bütün qitələrdən olan 400-dən cox nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə organlarının rəhbər şəxslərinin iştirakı ilə Beynəlxalq Prokurorlar Assosiasiyanın 15-ci illik konfransı, ümumi yığıncağı və İcraiyyə Komitəsinin iclası keçirilib.
Azərbaycanın Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Beynəlxalq Prokurorlar Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü seçilib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir M.Əliyev/

Sentyabrın 4-dən 10-dək Niderlandın Haaqa şəhərində bütün qitələrdən olan 400-dən cox nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə organlarının rəhbər şəxslərinin iştirakı ilə Beynəlxalq Prokurorlar Assosiasiyanın 15-ci illik konfransı, ümumi yığıncağı və İcraiyyə Komitəsinin iclası keçirilib.

Tədbirdə Azərbaycanı ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun rəhbərlik etdiyi, Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib. Bu barədə cümə günü Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edərək, uzun illər təşkilatın rəhbər orqanı - İcraiyyə Komitəsində təmsil olunur.

Azərbaycan nümayəndə heyəti tərəfindən iclaslarda fəal iştirak olunaraq konfransın əsas məruzəçi qismində və seminarlarda çıxışlar edilib.

Dünyada nüfuzu getdikcə artan Assosiyasiyanın rəhbər orqanında Azərbaycanın təmsil olunmasının əhəmiyyəti və böyük imkanlar verdiyi nəzərə alınaraq, Komitədə Avropa qitəsi üçün nəzərdə tutulmuş yerə ölkəmizdən də namizəd irəli sürülüb. Gərgin rəqabət şəraitində keçən seçkilər nəticəsində məhz Azərbaycanın namizədi - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev Assosiasiyasının ümumi yığıncağında İcraiyyə Komitəsinin üzvü seçilib.

Xəbər lenti

Xəbər lenti