...

İKT XİN başçıları Nyu-Yorkda iclas keçirəcəklər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 Sentyabr 2010 14:32 (UTC +04:00)
İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri BMT Baş Assambleyasının sentyabrın 23-də açılacaq və sentyabrın 27-də öz işini başa çatdıracaq 65-ci sessiyası çərçivəsində iclas keçirəcəklər. Bu barədə İKT-nin rəsmi məlumatında deyilir.
İKT XİN başçıları Nyu-Yorkda iclas keçirəcəklər (ƏLAVƏ OLUNUB)

RED. Əlavəsi: dördüncü abzasdan sonra İKT haqqında məlumat əlavə olunub

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Ü.Sadıqova/

İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri BMT Baş Assambleyasının sentyabrın 23-də açılacaq və sentyabrın 27-də öz işini başa çatdıracaq 65-ci sessiyası çərçivəsində iclas keçirəcəklər. Bu barədə İKT-nin rəsmi məlumatında deyilir.

BMT Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycanı XİN başçısı Elmar Məmmədyarov təmsil edəcək. Bir az əvvəl bu barədə Trend-ə XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.

XİN rəhbərlərinin görüşünə sədrlik edəcək təşkilatın baş katibi Ekmələddin İhsanoğlu Baş Assambleyada təmsil olunan islam qrupları ilə müsəlman ölkələrindəki çox kəskin problemləri müzakirə edəcək. Görüşün gündəliyində islam qruplarının BMT və digər beynəlxalq qurumlarda birgə problemlərin həlli üçün işi, Pakistan, İraq, Somali, Pakistan və s. ölkələrdəki vəziyyət kimi məsələlər də var.

Üzvlərinin sayına görə dünyada ikinci ən böyük təşkilatın baş katibi ABŞ-da yaşayan müsəlman azlıqların problemlərinə də toxunacaq.

İKT 1969-cu ildə yaradılıb və 57 müsəlman dövlətini, eləcə də Fələstin Azadlıq Təşkilatını birləşdirir. Baş Qərargahı Ciddədə yerləşən İKT BMT yanında müşahidəçi statusuna malikdir və iştirakçı ölkələrin sayına görə dünyada ikinci yeri tutur.

Təşkilat sosial, iqtisadi və siyasət sahələrində, müstəmləkəçilik, neomüstəmləkəçilik və irqçiliyə qarşı həmrəylik, eləcə də Fələstin Azadlıq Təşkilatına dəstək məqsədi ilə yaradılıb. Bundan əlavə, İKT müqəddəs yerlərin azad olunması və bütövlüyünün qorunub-saxlanılması naminə fəaliyyətlərin əlaqələndirilməsinə çağırır.

İKT-nin ali orqanı dövlət və hökumət başçılarının konfransıdır. Konfrans üç ildə bir dəfə və ya müsəlman dövlətlərində vacib problemlərə baxmaq, onların siyasətini əlaqələndirmək zərurəti yarananda çağırılır.

Xəbər lenti

Xəbər lenti