...

Bakıda Azərbaycan və İsveçrə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Siyasət Materials 20 Sentyabr 2010 13:39 (UTC +04:00)
Bakıda Azərbaycan və İsveçrə arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Bakıda Azərbaycan və İsveçrə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Əliyev/

Bakıda Azərbaycan və İsveçrə arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. İsveçrə Konfederasiyası Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin (GCSP) direktoru, səfir Fred Tanner bazar ertəsi Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olarkən bu məsələ SAM-ın direktoru Elxan Nuriyevlə görüşdə müzakirə edilib.

Nuriyev qonağa SAM-ın fəaliyyəti - nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verib. "Görüş zamanı Azərbaycan və İsveçrə arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb", - məlumatı SAM-ın mətbuat xidməti yayıb.

Yüksək səviyyədə qarşılıqlı səfərlər mübadiləsinin və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayan tərəflər, həmçinin, humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin, elm, təhsil, xüsusilə iki ölkənin "beyin mərkəzləri" arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin Azərbaycan və İsveçrə Konfederasiyası arasında təmasların daha da sıxlaşmasına öz töhfəsini verəcəyinə əmin olduqlarını qeyd ediblər.

Görüş zamanı, həmçinin, qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti