...

Azərbaycan Diplomatik Akademiyasında "Əfqanıstanda qanunun rolu və yaxşı idarəçilik" mövzusunda kurslara start verilib (FOTO)

Siyasət Materials 21 Sentyabr 2010 16:39 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası və Cenevrənin Təhlükəsizlik Siyasət Mərkəzi "Qanunun rolu və yaxşı idarəçilik" mövzusunda kurslara start verib.
Azərbaycan Diplomatik Akademiyasında "Əfqanıstanda qanunun rolu və yaxşı idarəçilik" mövzusunda kurslara start verilib (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Diplomatik Akademiyası və Cenevrənin Təhlükəsizlik Siyasət Mərkəzi  "Əfqanıstanda qanunun rolu və yaxşı idarəçilik" mövzusunda kurslara start verib.

Diplomatik Akademiyanın mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, kursun açılış mərasimində çıxış edən xarici işlər nazirinin müavini Araz Əzimov qeyd edib ki, bu gün start verilən layihə unikaldır.

"Çünki rəsmi Bakı Əfqanıstana hərbi kontingent yollamaqla yanaşı, qeyri-hərbi yollarla da ölkəyə öz dəstəyini göstərməkdə maraqlıdır", - Əzimov deyib.

Nazir müavini Əfqanıstana göstərilən yardımın ildən ilə artacağını qeyd edib.

Cenevrənin Təhlükəsizlik Siyasət Mərkəzinin direktoru səfir Fred Tanner bildirib ki, Azərbaycan Diplomatik Akademiyasının yardımı Əfqanıstanda müasir cəmiyyətin qurulmasına öz tövhəsini verəcək. Onun sözlərinə görə, kurs dövründə dinləyicilər dövlət quruculuğu, konfliktlərin təhlili və idarə olunması, cəmiyyətdə xeyriyyəçi layihələrin icrası, seçkilər prosesi haqqında ətraflı məlumat alacaqlar.

Bununla yanaşı, 19 əcnəbi dinləyici ölkənin tarixi guşələrinə səfər edərək, Azərbaycanın mədəniyyəti və tarixi haqqında da məlumat əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti