...

Azərbaycan Venesiya Komissiyası ilə effektiv əməkdaşlıq edir – Ali Məhkəmənin sədri

Siyasət Materials 25 Sentyabr 2010 12:24 (UTC +04:00)
Azərbaycan Venesiya Komissiyası ilə effektiv əməkdaşlıq edir. Bu barədə şənbə günü Ali Məhkəmənin Venesiya Komissiyasının nümayəndələri ilə birgə keçirdiyi Azərbaycanın Milli Məclisinə seçkilərə həsr olunmuş beynəlxalq konfransın açılışında Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
Azərbaycan Venesiya Komissiyası ilə effektiv əməkdaşlıq edir – Ali Məhkəmənin sədri

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycan Venesiya Komissiyası ilə effektiv əməkdaşlıq edir. Bu barədə şənbə günü Ali Məhkəmənin Venesiya Komissiyasının nümayəndələri ilə birgə keçirdiyi Azərbaycanın Milli Məclisinə seçkilərə həsr olunmuş beynəlxalq konfransın açılışında Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

Beynəlxalq standartlara əsasən, Seçki Məcəlləsinin təkmilləşdirilməsi prosesində Venesiya Komissiyasının tövsiyələri nəzərə alınıb.

Ali Məhkəmə sədrinin sözlərinə görə, Parlament seçkiləri ilə bağlı şikayətlərə baxılmaq üzrə Avropa Məhkəməsi ilə işlər aparılır.

O qeyd edib ki, hazırda Azərbaycanda seçkiqabağı vəziyyət beynəlxalq təşkilatlar tərəfindən demokratik qiymətləndirilir.

"Bizim üçün Venesiya Komissiyasının hər üç əsas prinsipi vacib hesab olunur - bu, demokratiya, insan haqları və qanunun aliliyidir", - Rzayev deyib.

Azərbaycanda Parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Konfransda Venesiya Komissiyasını qurumun katibi Tomas Markertin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Xəbər lenti

Xəbər lenti