...

Azərbaycan Prezidenti bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşlarını artırıb

Siyasət Materials 28 Sentyabr 2010 21:31 (UTC +04:00)
Prezident İlham Əliyev çərşənbə axşamı bir sıra dövlət qulluqçularının aylıq vəzifə (tarif) maaşlarını artırılması haqqında sərəncamlar imzalayıb, məlumatı Azər TAc dövlət informasiya agentliyi yayıb.
Azərbaycan Prezidenti bir sıra dövlət qulluqçularının aylıq vəzifə maaşlarını artırıb

Prezident İlham Əliyev çərşənbə axşamı bir sıra dövlət qulluqçularının aylıq vəzifə (tarif) maaşlarını artırılması haqqında sərəncamlar imzalayıb, məlumatı Azər TAc dövlət informasiya agentliyi yayıb.

Sərəncamlara əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə, onların aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.

Xəbər lenti

Xəbər lenti