...

Milli Məclisin payız sessiyasında Ailə Məcəlləsinə dəyişikliklər qəbul olunmalıdır – azərbaycanlı deputat Qənirə Paşayeva

Siyasət Materials 30 Sentyabr 2010 14:17 (UTC +04:00)
Milli Məclisin payız sessiyasında Ailə Məcəlləsinə dəyişikliklər qəbul olunmalıdır
Milli Məclisin payız sessiyasında Ailə Məcəlləsinə dəyişikliklər qəbul olunmalıdır – azərbaycanlı deputat Qənirə Paşayeva

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/

Ailə Məcəlləsinə dəyişikliklər edilməsi çox vacibdir - Trend-in məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin cümə axşamı keçirilən Parlamentin payız sessiyasının ilk iclasında bildirib.

"Ailə Məcəlləsinə dəyişikliklər" üzərində artıq neçə vaxtdır Milli Məclisin komitələrində işlər gedir. Erkən nikahlarla daha effektiv mübarizə istiqamətində bu dəyişikliklərin edilməsi vacibdir", - o bildirib.

Onun sözlərinə görə, bir çox ciddi xəstəliklər var ki, onlara qarşı daha effektiv mübarizə aparmaq üçün, yəni onların sayının artmasının qarşısının alınması istiqamətində bu Məcəllədə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var.

"Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva bu xəstəliklərdən əziyyət çəkən gənclərlə bağlı çox ciddi proqramlar həyata keçirir. Amma bu say artdığı zaman, ciddi problemlər də ortaya çıxır. Ona görə də bu istiqamətdə Ailə Məcəlləsinə dəyişikliklər etmək vacibdir", - Paşayeva bildirib.

Millət vəkili bildirib ki, nəzərə alaq ki, Azərbaycanda qohum nikahların sayı çoxdur və bunun sayəsində bir çox xəstəliklərin sayı artır.

Paşayeva deyib ki, bu gün ən çox daxil olan müraciətlər boşanmalar zamanı əmlak məsələləri ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti