...

ATƏT-in müşahidə missiyasının rəhbəri Azərbaycanın müxalif partiyası ilə seçkiqabağı mühiti müzakirə edib

Siyasət Materials 1 Oktyabr 2010 16:01 (UTC +04:00)
ATƏT-in müşahidə missiyasının rəhbəri Odri Qlover Azərbaycanın müxalif Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə ilə seçkiqabağı mühiti müzakirə edib.
ATƏT-in müşahidə missiyasının rəhbəri Azərbaycanın müxalif partiyası ilə seçkiqabağı mühiti müzakirə edib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir T.Hacıyev/

ATƏT-in müşahidə missiyasının rəhbəri Odri Qlover Azərbaycanın müxalif Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə ilə seçkiqabağı mühiti müzakirə edib. Bu barədə cümə günü Trend-ə AMİP-in mətbuat xidmətindən məlumat veriblər.

AMİP sədri müşahidə missiyasının rəhbəri ilə seçkiqabağı mühit barədə fikirlərini bölüşüb.

Xanım Qlover Azərbaycanda keçiriləcək parlament seçkilərinə xüsusi önəm verdiklərini və seçki prosesini nəzarətdə saxladıqlarını diqqətə çatdırıb.

Görüşdə siyasət üzrə təhlilçi Marian Qabriel, AMİP-in baş katibi Arzuxan Əlizadə və AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev də iştirak ediblər.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti