...

Azərbaycan Prezidenti almaniyalı həmkarını təbrik edib

Siyasət Materials 3 Oktyabr 2010 00:41 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının milli bayramı münasibətilə Prezident Kristian Vulfa təbrik məktubu göndərmişdir. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti almaniyalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının milli bayramı münasibətilə Prezident Kristian Vulfa təbrik məktubu göndərmişdir. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Milli bayramınız - Alman birliyi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-Almaniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi, istər ikitərəfli qaydada, istərsə də Avropa strukturları çərçivəsində səmərəli əməkdaşlığımız məmnunluq doğurur. Əminəm ki, dövlətlərarası münasibətlərimizin, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına sülh və rifah diləyirəm", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti