...

XXI əsrdə diplomatik təlim yalnız ölkələrin sərhədləri daxilində aparıla bilməz - ADA-nın rektoru Hafiz Paşayev

Siyasət Materials 5 Oktyabr 2010 12:19 (UTC +04:00)
XXI əsrdə diplomatik təlim yalnız ölkələrin sərhədləri daxilində aparıla bilməz
XXI əsrdə diplomatik təlim yalnız ölkələrin sərhədləri daxilində aparıla bilməz - ADA-nın rektoru Hafiz Paşayev

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir S.Ağayeva/

XXI əsrdə diplomatik təlim yalnız ölkələrin sərhədləri daxilində aparıla bilməz. Biz gərək onu digər mədəniyyətlər və ölkələr üçün açaq ki, dünya ölkələrinin də təcrübəsindən bəhrələnək, tələbələrimizə karyeralarının ilk illərindən möhkəm münasibətlər qurmağa kömək edək, - bunu Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Diplomatik Təlim üzrə Beynəlxalq Forumda çıxışı zamanı bildirib, - məlumatı çərşənbə axşamı ADA-nın mətbuat xidməti yayıb.

"Ümid edirəm ki, ADA-nın təcrübəsi digər diplomatik akademiyaların işi üçün də faydalı olacaq", - Paşayev deyib.

Sonda rektor Hafiz Paşayev təklif etdi ki, qarşıdan gələn illərdə Diplomatik Təlim üzrə Beynəlxalq Forumun növbəti iclası Bakıda keçirilsin.

Tədbirin Maltanın tarixi Parlament binasında keçirilən açılış mərasimində, Parlamentin spikeri Maykl Frendo bütün iştirakçıları salamlayıb. Tədbirdə Maltanın sabiq prezidenti, professor Uqo Mifsud Bonniçi də "regional diplomatik təlim" başlıqlı birinci paneldə çıxış edib.

Diplomatik Təlim üzrə Beynəlxalq Forum 1972-ci ildə yaradılıb və hər il Diplomatik Akademiya və beynəlxalq münasibətlər üzrə institutların rəhbərlərini bir araya gətirir. Forumun keçirilmə təşəbbüsü Vyana Diplomatik Akademiyası və ABŞ-ın Vaşinqton şəhərində yerləşən Corctaun Universiteti tərəfindən irəli sürülüb. Hər il keçirilən görüşlərdə müasir diplomatiyaya dair məsələlər və trendlər müzakirə olunur.

Bu il sayca 38-ci olan toplantıda 53 ölkədən 80 iştirakçı regional diplomatik təlim, diplomatiya və təlimlərin faydalılığının artırılması məsələlərini müzakirə ediblər. İştirakçılar qeyd olunan sahədə öz təcrübələrini bölüşüb, fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti