...

Bakıda "Sosialist İnternasional" komissiyasının iclası keçiriləcək

Siyasət Materials 9 Oktyabr 2010 14:04 (UTC +04:00)
Bakıda oktyabrın 11-12-də MDB, Qafqaz və Qara dəniz üzrə "Sosialist İnternasional" komissiyasının iclası keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan Sosial-Demokrat Partiyasının rəhbəri Araz Əlizadə deyib.
Bakıda "Sosialist İnternasional" komissiyasının iclası keçiriləcək

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Bakıda oktyabrın 11-12-də MDB, Qafqaz və Qara dəniz üzrə "Sosialist İnternasional"ı komissiyasının iclası keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan Sosial-Demokrat Partiyasının rəhbəri Araz Əlizadə deyib.

Onun sözlərinə görə, iclasda regional münaqişə, region ölkələrinin inkişafı və regionda sosial-demokrat inkişaf imkanları məsələlərinin müzakirəsi üçün Avropa və regionun sosial və sosial-demokrat partiyalarının nümayəndələri iştirak edəcəklər.

"Sosial İnternasional"ın baş katibi Luis Ayala da komissiyanın iclasında iştirak etmək üçün Bakıya gələcək", - Əlizadə deyib.

Bundan əvvəl KİV-in verdiyi məlumata görə, iclasda Ermənistanın daşnaksütun partiyası da iştirak etmək istəyini bildirib.

Partiyanın mətbuat xidmətinin məlumatına əsasən, "Ermənistan daşnaksütun partiyasının iştirakına zəmanət vermir, çünki Tbilisi-Bakı reysinə uçuş biletlərinin satılması üçün "AZAL" Şirkətinin Tbilisidəki ofisi səfirlik və ya Azərbaycan XİN-dən uçuşa icazə tələb edir.

Məlumatı "PanARMENIAN.Net." saytı yayıb.

Lakin Azərbaycanın Tbilisidəki Səfirliyindən Trend-ə verilən məlumata görə, heç kim səfirliyə belə bir xahişlə müraciət etməyib. Həmçinin, Azərbaycan XİN nümayəndəsi Trend-ə bildirib ki, Ermənistan tərəfdən daşnaksütun partiyasının fəaliyyəti barədə heç bir müraciət daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti