...

Azərbaycan Prezidenti İranın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 11 Oktyabr 2010 17:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti İranın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ölkələrimiz arasında qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu, əməkdaşlığımızın çoxşaxəli olmasının göstəricisidir. Dövlətimizin başçısı digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev İranın müdafiə naziri Əhməd Vəhidinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.

Müdafiə naziri Əhməd Vəhidi İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb. O, İran Prezidentinin Azərbaycanın dövlət başçısına çox böyük ehtiram bəslədiyini vurğulayıb. Ölkələrimiz arasında siyasi sahədə əməkdaşlığın çox yaxşı səviyyədə olduğunu qeyd edən Əhməd Vəhidi qarşılıqlı səfərlərin son vaxtlar mütəmadi xarakter daşıdığını deyib və bunu ikitərəfli münasibətlərin inkişafının göstəricisi kimi dəyərləndirib.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti