...

Gürcüstanın Baş naziri Azərbaycanın xarici işlər naziri ilə görüşüb

Siyasət Materials 15 Oktyabr 2010 20:16 (UTC +04:00)
Gürcüstanın Baş naziri Nika Qilauri bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb.
Gürcüstanın Baş naziri Azərbaycanın xarici işlər naziri ilə görüşüb

Gürcüstan, Tbilisi, 15 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Baş naziri Nika Qilauri bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb. Görüş bağlı qapılar arxasında keçirilib. Bu barədə Trend-ə Baş nazirin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərini, eləcə də neft və qaz tranzitinin inkişaf imkanlarını müzakirə ediblər.

Qilauri və Məmmədyarov iki ölkə arasında mövcud münasibətlərin səviyyəsindən razı qaldıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti