...

Bakıda Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın Sahil Mühafizəsi üzrə İşçi Qrupunun dördüncü iclası işə başlayıb

Siyasət Materials 27 Oktyabr 2010 14:19 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iki gün davam edəcək iclada səkkiz ölkənin (Azərbaycan, ABŞ, Almaniya, Finlandiya, Gürcüstan, Niderland, Rusiya, Türkiyə) sərhəd xidmətlərinin və Avropa İttifaqının sərhəd təhlükəsizliyi üzrə FRONTEX Agentliyinin ekspertləri iştirak ediblər.
Bakıda Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın Sahil Mühafizəsi üzrə İşçi Qrupunun dördüncü iclası işə başlayıb

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Bakıda Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın Sahil Mühafizəsi üzrə İşçi Qrupunun dördüncü iclası işə başlayıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iki gün davam edəcək iclada səkkiz ölkənin (Azərbaycan, ABŞ, Almaniya, Finlandiya, Gürcüstan, Niderland, Rusiya, Türkiyə) sərhəd xidmətlərinin və Avropa İttifaqının sərhəd təhlükəsizliyi üzrə FRONTEX Agentliyinin ekspertləri iştirak ediblər.

İşçi Qrupunun əsas vəzifələri dəniz sərhədlərinin etibarlı qorunması, sərhəd xidmətlərinin hüquqi bazasının öyrənilməsi, dənizdə sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müsbət təcrübə və məlumat mübadiləsinin aparılması, tövsiyələrin hazırlanması, qeyri-leqal miqrantların, narkotiklərin, qaçaqmalın, silah-sursatın aşkar edilməsi məqsədilə gəmilərə baxış metodlarının təkmilləşdirilməsindən ibarətdir.

İclasda Sahil Mühafizə bölmələrinin əməkdaşlarının təlimi, hazırlanması, təkmilləşdirilməsi üzrə səmərəli sistemin yaradılması ilə bağlı müzakirələr aparılıb, dənizdə sərhəd təhlükəsizliyinin təmini ilə bağlı məsələlərin müzakirəsinin davam etdirilməsi və İşçi Qrupunun 5-ci iclasının 2011-ci ilin oktyabrında Bakıda keçirilməsi qərara alınıb.

Tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Akademiyasına və Sahil Mühafizəsinin bazasına səfər ediblər.

Xəbər lenti

Xəbər lenti