...

Azərbaycan Prezidenti Kiyevdə Heydər Əliyevin abidəsini ziyarət edib

Siyasət Materials 28 Oktyabr 2010 21:28 (UTC +04:00)
Cümə axşamı Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kiyevin mərkəzində ucaldılmış abidəsini ziyarət etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Kiyevdə Heydər Əliyevin abidəsini ziyarət edib

Cümə axşamı Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kiyevin mərkəzində ucaldılmış abidəsini ziyarət etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısına abidənin ətrafında aparılacaq abadlıq işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, abidənin ətrafı yenidən qurulacaq, bura istirahət məkanına çevriləcəkdir.

Sonra Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi əraziyə gəldi.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, diplomatik nümayəndəliyimizin ərazisində də abadlıq və yenidənqurma işlərinin görülməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti