...

Azərbaycanın Qazaxıstandakı yeni səfirliyi Astananın gələcək mərkəzində yerləşəcək

Siyasət Materials 30 Oktyabr 2010 15:41 (UTC +04:00)
Azərbaycanın Qazaxıstandakı yeni səfirliyi Astananın sol sahilində yerləşəcək. Bu barədə Trend-ə diplomatik nümayəndəlikdəki məlumatlı mənbə deyib.
Azərbaycanın Qazaxıstandakı yeni səfirliyi Astananın gələcək mərkəzində yerləşəcək

Qazaxıstan, Astana, 30 oktyabr/Trend, müxbir A.Maratov/

Azərbaycanın Qazaxıstandakı yeni səfirliyi Astananın sol sahilində yerləşəcək. Bu barədə Trend-ə diplomatik nümayəndəlikdəki məlumatlı mənbə deyib.

"Azərbaycanın səfiri Zakir Həşimovun Astana akimi İmanqəli Tasməhəmmədbetovla görüşü zamanı Qazaxıstan paytaxtının tikilməkdə olan sol sahilində Azərbaycanın bu ölkədəki səfirliyi üçün torpaq sahəsinin ayrılması barədə razılıq əldə olunub", - səfirlik nümayəndəsi deyib.

Hazırda səfirlik Astananın diplomatik şəhərciyində ayrıca binanı icarəyə götürüb.

"Azərbaycan səfirliyinin yeni binası Müstəqillik Sarayı və paytaxtın "Qazax eli" abidəsinin ucaldığı baş meydançanın yaxınlığında yerləşəcək", - mənbə qeyd edib.

Qazaxıstan paytaxtının inkişaf planına əsasən, bu rayon gələcəkdə Astananın mərkəzi olacaq. Bu rayonda Ak-Orda (Prezidentin iqamətgahı), ABŞ-ın Qazaxıstandakı səfirliyi və bir sıra digər vacib inzibati binalar yerləşir.

Paytaxtın bu rayonu hələ ki fəal surətdə tikilməkdədir.

"Bütün təşkilatı məsələlər həll edildikdən sonra Azərbaycan səfirliyinin tikintisinə gələn il başlanılmalıdır və onun üç il ərzində başa çatdırılması planlaşdırılır", - həmsöhbət vurğulayıb.

Müstəqillik qazanıldıqdan və Qazaxıstan paytaxtı Almatıdan Astanaya köçürüldükdən sonra Azərbaycan bu şəhərdə birincilər sırasında öz səfirliyini açıb.

Xəbər lenti

Xəbər lenti