...

Azərbaycan MSK-sı seçkilərdə veb-kameraların tətbiq olunması barədə qərar qəbul edib

Siyasət Materials 30 Oktyabr 2010 16:54 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası parlament seçkiləri zamanı seçki məntəqələrində veb kameraların quraşdırılması haqda qərar qəbul edib
Azərbaycan MSK-sı seçkilərdə veb-kameraların tətbiq olunması barədə qərar qəbul edib

Azərbaycan, Bakı, 30 oktyabr/Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası parlament seçkiləri zamanı seçki məntəqələrində veb kameraların quraşdırılması haqda qərar qəbul edib. Trend-in məlumatına görə bu barədə qərar MSK-nın şənbə günü keçirilən iclasında qəbul olunub.

Öncə MSK katibi Natiq Məmmədov seçki məntəqələrində veb kameraların quraşdırılmasının əhəmiyyətli olduğunu deyib və MSK üzvlərini buna tərəfdar olmağa çağırıb. Məmmədovun sözlərinə görə veb kameraların quraşdırılması Azərbaycanın bütün bölgələrindəki 500 məntəqəni əhatə edəcək. Onun sözlərinə görə veb kameraların quraşdırılması ilə bağlı qaydalar mövcuddur və kameralar həmin qaydalara müvafiq olaraq quraşdırılacaq.

Daha sonra səsvermə zamanı veb-kameraların quraşdırılması haqqında qərar yekdilliklə qəbul olunub.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti