...

Malayziyada həbs olunan Gürcüstan vətəndaşlarının məhkəməsi sabah keçiriləcək

Siyasət Materials 1 Noyabr 2010 13:03 (UTC +04:00)
Malayziyada narkotik qaçaqmalçılığında ittiham olunan iki gürcü vətəndaşı noyabrın 2-də mühakimə olunacaqlar.
Malayziyada həbs olunan Gürcüstan vətəndaşlarının məhkəməsi sabah keçiriləcək

Gürcüstan, Tbilisi, 01 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Malayziyada narkotik qaçaqmalçılığında ittiham olunan iki gürcü vətəndaşı noyabrın 2-də mühakimə olunacaqlar.

Darecan Koxtaşvili və Bobutse Qordadzenin 10 kiloqram narkotik maddənin qaçaqmalçılığında günahları sübuta yetirilərsə, onları ölüm cəzası gözləyir. Qadınlar bildiriblər ki, içərisində narkotikin olduğu çantaları Kamerunda onlara veriblər və Malayziyada naməlum şəxslərə çatdırmalarını xahiş ediblər. Gürcü qadınlar Malayziyaya turist vizası ilə gediblər və onlar dörd ölkədən, o cümlədən Kamerundan keçərək ora çatıblar.

Məhkəmə prosesində iştirak etmək üçün Gürcüstan XİN nümayəndəsi Malayziyaya yola düşüb. Hökm çıxarıldıqdan sonra nazirlik Malayziya tərəfi ilə danışıqlara başlamaq niyyətindədir.

Gürcüstan Malayziya tərəfi ilə ekstradisiya haqqında saziş imzalamayıb. Lakin Tbilisi bu ölkə hakimiyyətinin xoş məramına ümid edir.

Xəbər lenti

Xəbər lenti