...

Saat 12:00-a olan məlumata görə, cəzaçəkmə müəssisələrində təşkil olunan səsvermədə məhkumların 27 faizi səs verib

Siyasət Materials 7 Noyabr 2010 12:30 (UTC +04:00)
Bu gün saat 12:00-a olan məlumata görə, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində təşkil olunan səsvermədə məhkumların 27 faizi iştirak edib.
Saat 12:00-a olan məlumata görə, cəzaçəkmə müəssisələrində təşkil olunan səsvermədə məhkumların 27 faizi səs verib

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün saat 12:00-a olan məlumata görə, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində təşkil olunan səsvermədə məhkumların 27 faizi iştirak edib.

Cəzaçəkmə müəssisələrində 14 dairə üzrə 23 məntəqə fəaliyyət göstərir.

Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlamentə seçkilər uğrunda 690 namizəd mübarizəyə qatılıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib

Xəbər lenti

Xəbər lenti