...

ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb

Siyasət Materials 9 Noyabr 2010 11:16 (UTC +04:00)
ABŞ Dövlət Departamenti öz bəyanatında noyabrın 7-də Azərbaycanda keçirilən parlament seçkilərinin dinc xarakterli olmasını qeyd edib.
ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb

ABŞ Dövlət Departamenti öz bəyanatında noyabrın 7-də Azərbaycanda keçirilən parlament seçkilərinin dinc xarakterli olmasını qeyd edib.

"Azərbaycanda keçirilən parlament seçkiləri dinc xarakter daşıyıb və bütün müxalifət partiyaları və həm daxili, həm də beynəlxalq müşahidəçilər iştirak edib", - bəyanatda deyilir.

Noyabrın 7-də Azərbaycanda parlament seçkiləri keçirilib. Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Parlament seçkilərində 690 namizəd mübarizə aparıb.

Səfirliyin 31 əməkdaşı Bakıda və ölkənin regionlarında seçkilərin gedişini müşahidə edib, 45 amerikalı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) missiyasınaın tərkibində olub.

ABŞ dövlət katibinin köməkçisi Flipp Kroulinin sözlərinə görə, ABŞ Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) ilkin rəylərini dəstəkləyir.

ABŞ Dövlət Departamenti qeyd edir ki, mərkəzləşdirilmiş qeydiyyat və çoxlu sayda daxili müşahidəçilərin olması, seçkilərin bəzi texniki məsələləri və qadın namizədlərin sayının cüzi artımı seçkilər prosesinin yaxşılaşmasından xəbər verib. Lakin həm seçkilər prosesi zamanı, həm də seçkilər günü ciddi problemlər qeydə alınıb. Söhbət KİV-də müxtəlif namizədlərin işıqlandırılmasında bərabərliyin olmamasından, sərbəst toplaşmaq və fikir azadlığının məhdudlaşdırılmasından, eləcə də namizədlərin qeydiyyata alınması prosesinin pozulmasından gedir.

Xəbər lenti

Xəbər lenti