...

GUAM XİN rəhbərləri Astanada görüşəcəklər

Siyasət Materials 10 Noyabr 2010 15:29 (UTC +04:00)
GUAM Xarici İşlər Nazirləri Şurasının növbəti iclası dekabrın 1-2-də Astanada ATƏT nazirlər görüşü çərçivəsində keçiriləcək. Bu barədə Trend-ə çərşənbə günü təşkilatın katibliyindən məlumat verilib.
GUAM XİN rəhbərləri Astanada görüşəcəklər

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir S. Ağayeva/

GUAM XİN rəhbərləri Astanada görüşəcəklər.

GUAM Xarici İşlər Nazirləri Şurasının növbəti iclası dekabrın 1-2-də Astanada ATƏT nazirlər görüşü çərçivəsində keçiriləcək. Bu barədə Trend-ə çərşənbə günü təşkilatın katibliyindən məlumat verilib.

Xarici İşlər Nazirləri Şurasının gündəliyi noyabrın 23-24-nə Kiyevdə təyin olunmuş GUAM-ın Milli Koordinatorlar Şurasının iclasında hazırlanıb.

Tərəflər nəqliyyat və turizm sahəsində əməkdaşlığa xüsusi diqqət yetirərək GUAM və GUAM+ formatında qarşılıqlı fəaliyyət məsələsinin geniş spektrini müzakirə edəcəklər.

GUAm-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələrinin rəhbərlərinin sammiti zamanı yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan qoşulub, dörd ildən sonra isə çıxıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və yeni adı "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat" - GUAM qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti