...

Azərbaycan Prezidenti İlham Əliyev pakistanlı həmkarına başsağlığı verib

Siyasət Materials 13 Noyabr 2010 17:10 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev pakistanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb. 

"Ölkənizdə törədilmiş amansız terror aktları və bunların nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizdə hədsiz kədər hissi doğurdu.
Bu dəhşətli hadisələrdən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik.
Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm", - Prezident deyib.

Xəbər lenti

Xəbər lenti