...

Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər partiyada tutduğu vəzifədən istefa verib

Siyasət Materials 29 Noyabr 2010 20:25 (UTC +04:00)
Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər partiyada tutduğu vəzifədən istefa verib.
Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər partiyada tutduğu vəzifədən istefa verib

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir T.Hacıyev/

Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər partiyada tutduğu vəzifədən istefa verib. Bu barədə bazar ertəsi Trend-ə Sülhəddin Əkbər məlumat verib.

Əkbər partiyadan istefasını partiyanın strateji kursu ilə razılaşmamağı ilə əlaqələndirib və bu qərarını partiyanın bazar ertəsi keçirilən Divan iclasında bildirib. Əkbər qeyd edib ki, partiya sıralarından çıxmaq barədə də düşünür. "Yaxın günlərdə bununla bağlı qərar verəcəyəm və mətbuata da bu barədə bildirəcəyəm", - Əkbər deyib.

Müsavat Partiyasının bazar ertəsi yaydığı məlumata görə, partiyanın bazar ertəsi keçirilən Divan iclasında Divan üzvü İbrahim İbrahimli partiya rəhbərliyinin ona etimad göstərmədiyini bildirərək partiyadan istefa verib.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan Sovet qoşunları tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyasının fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb.

1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti