...

Azərbaycan Prezidenti Rusiya Prezidentini təbrik edib

Siyasət Materials 3 Dekabr 2010 22:20 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevi təbrik edib. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Rusiya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevi təbrik edib. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"2018-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsi hüququnun əldə edilməsi münasibətilə Sizi və bütün Rusiya xalqını ürəkdən təbrik edirəm.
Şadam ki, Rusiya yenidən dünya və idman ictimaiyyətinin cazibə mərkəzinə çevrilmişdir. Rusiyanın bu qədər çətin mübarizədə qələbəsi onun dünya birliyinə uğurlu inteqrasiyasını, Rusiya idmanının danılmaz xidmətlərinin etiraf olunmasını təsdiq etdi.
Əminəm ki, 2018-ci ilin futbol üzrə dünya çempionatı idmanın bu ən populyar növünün bütün pərəstişkarları üçün, milyonlarla azarkeş üçün həqiqətən unudulmaz idman bayramı olacaqdır", - təbrikdə deyilir.

İlham Əliyev Rusiya Prezidentinə, çempionatın Təşkilat Komitəsinə, Rusiyanın bütün idman ictimaiyyətinə dünya çempionatının hazırlanmasında və keçirilməsində nailiyyətlər, rusiyalı futbolçulara uğurlar və parlaq qələbələr arzulayıb.

Xəbər lenti

Xəbər lenti