...

Elmar Məmmədyarov İsveçrənin Azərbaycandakı səfirini diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib

Siyasət Materials 7 Dekabr 2010 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Azərbaycandakı səfiri Alan Qudettini ölkəmizdəki diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib.

Görüş zamanı səfir Azərbaycanda İsveçrənin səfiri olmasından məmnun qaldığını vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Öz növbəsində nazir Məmmədyarov səfir Alan Qudettiyə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti