Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Akihitonu təbrik edib. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan-Yaponiya münasibətləri dinamik inkişaf yolundadır. Əminəm ki, ölkələrimizi birləşdirən dostluq əlaqələrinin, bir çox sahələri əhatə edən və qarşılıqlı maraq doğuran ikitərəfli əməkdaşlığımızın inkişafı bundan sonra da müvəffəqiyyətlə davam edərək xalqlarımızın rifahına xidmət edəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Akihitoya ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, dost Yaponiya xalqına sülh və rifah diləyib.