...

Azərbaycan Prezidenti Türkiyə Baş naziri ilə görüşüb (ƏLAVƏ OLUNUB)(FOTO)

Siyasət Materials 22 Dekabr 2010 23:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Baş Naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü İstanbulda görüşüblər. Məlumatı "Anadolu" informasiya agentliyi yayıb.
Azərbaycan Prezidenti Türkiyə Baş naziri ilə görüşüb (ƏLAVƏ OLUNUB)(FOTO)

Fotoşəkillər əlavə olunub

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü İstanbulda görüşüblər. Məlumatı "Anadolu" informasiya agentliyi yayıb.

Bağlı qapılar arxasında keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da iştirak edib.

Ölkələrimiz arasında strateji tərəfdaşlığa söykənən dostluq münasibətlərinin uğurla inkişaf etdiyinin vurğulandığı görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafının perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) cümə axşamı keçiriləcək dövlət və hökumət başçılarının görüşündə iştirak etmək üçün İstanbula gəlib.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti