...

Rusiya dünya siyasi fikrini nəzərə almalı və Gürcüstan ərazilərinin işğalını təsdiq etməli olacaq – parlamentin spikeri

Siyasət Materials 29 Dekabr 2010 11:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Rusiya hər necə olsa, dünya siyasi fikrini nəzərə almalı və Gürcüstan ərazilərinin işğalını etiraf etməli olacaq. Bu barədə Gürcüstan Parlamentinin sədri David Bakradze başa çatmaqda olan ilə yekun vurarkən bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə bir çox beynəlxalq təşkilatlar və müxtəlif ölkələrin parlamentləri Gürcüstanın və onun ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı sərt qətnamələr qəbul ediblər.

"Şadam ki, Parlament bu mübarizədə ön xəttə olub və 2010-cu ilin parlament diplomatiyası çox uğurlu olub", - o, bildirib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya Respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və iki tanınmamış respublikanı işğal olunmuş ərazilər elan edib. Gürcüstanın muxtar əraziləri Abxaziya və Cənubi Osetiya münaqişə nəticəsində birtərəfliq aydada öz müstəqilliklərini və Gürcüstanın tərkibindən çıxdıqlarını elan ediblər. Rusiyanın separatçı regionları dəstəkləməsi nəticəsində sonradan onlarla Qərbin etirazlarına baxmayaraq diplomatik münasibətlər qurub. Rusiyadan başqa, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini yalnız Venesuela, Nikaraqua və Hauru Respublikası tanıyıb.

Bakradze qeyd edib ki, "Rusiya müəyyən müddətdə dünya siyasi fikrinə qarşı gedə bilər, lakin bu, çox böyük siyasi qiymətə malikdir və nəticə olaraq nə qədər güclü və zəngin olsa belə, heç bir dövlət dünya siyasi fikrinə qarşı gedə bilməz".

"Bu tarixin, eləcə də sovet tarixinin dərsidir", - o, bildirib.

Spiker Gürcüstanın yeni konstitusiyasının qəbulunu ən mühüm hadisə adlandırıb.

"Bu sənəd ictimaiyyətin geniş kütlələrinin, siyasi partiyaların, o cümlədən müxalifətin əsas spektrinin birgə işinin məhsuludur və çox qiymətlidir. Çünki bu konstitusiya Avropa konstitusiyası kimi qəbul edilib", - o, qeyd edib.

Xəbər lenti

Xəbər lenti