Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir M.Əliyev/
Cümə axşamı Azərbaycan Parlamentinin payız sessiyasının sonuncu iclasında "Dövlət rüsumu haqqında" qanuna əlavə və dəyişikliklər qəbul olunub.
Əlavələrə əsasən, qaçqınların vəsiqə almaları üçün beş manat rüsum müəyyən edilib.
"Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamə"yə, "Fərdi məlumatlar haqqında" qanuna, Vergi Məcəlləsinə dəyişikliklər və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişiklik və əlavələr qəbul edilib.
Milli Məclisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət də qəbul edilib.