...

Türkiyə Jandarma Qüvvələri Baş Komandanı Fəxri və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 17 Yanvar 2011 17:32 (UTC +04:00)
Türkiyə Jandarma Qüvvələri Baş Komandanı, ordu generalı Necdət Özəlin rəhbərlik etdiyi nümayəndə heyətinin bu gün Azərbaycana rəsmi səfəri başlayıb
Türkiyə Jandarma Qüvvələri Baş Komandanı Fəxri və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Şəkillər əlavə olunub (İlk xəbər 16:01-də yayılıb)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir A.Axundov/ Türkiyə Jandarma Qüvvələri Baş Komandanı, ordu generalı Necdət Özəlin rəhbərlik etdiyi nümayəndə heyətinin bu gün Azərbaycana rəsmi səfəri başlayıb.

Trend-in məlumatına görə, nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidlərinin xatirəsinə ucaldılmış Abidə Kompleksini ziyarət edib.

Məlumata görə, tanışlıq məqsədi daşıyan səfər 3 gün davam edəcək.

Türkiyə Jandarma Qüvvələri Baş Komandanı, ordu generalı Necdət Özəlin daxili işlər naziri rRamil Usubov, Daxili Qoşunların komandanı Zakir Həsənov və digər rəsmilərlə görüçləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti