...

Azərbaycan Prezidenti Şəhidlər xiyabanına gələrək 20 Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 20 Yanvar 2011 15:36 (UTC +04:00)
Azərbaycan Prezidenti Şəhidlər xiyabanına gələrək 20 Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad edib
Azərbaycan Prezidenti Şəhidlər xiyabanına gələrək 20 Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 10:14-də yayılıb)

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir M.Əliyev/

Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəliblər.

Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəliblər.

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi intetnet saytı

Xəbər lenti

Xəbər lenti