...

Giuli Alasaniyanın Bakıya səfər tarixi açıqlanıb

Siyasət Materials 24 Yanvar 2011 14:54 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya gələn həftə Azərbaycana rəsmi səfər edəcək.
Giuli Alasaniyanın Bakıya səfər tarixi açıqlanıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir S.Ağayeva/

Gürcüstan Prezidenti Mixail Saakaşvilinin anası Giuli Alasaniya gələn həftə Azərbaycana rəsmi səfər edəcək.

Alasaniyanın səfəri fevralın 1-4-nə planlaşdırılıb. Bu barədə bazar ertəsi Trend-ə "YES Azərbaycan" konsultativ qrupunun üzvü Rövşən Muradov bildirib.

"International Black Sea" Universitetinin rektoru və Qafqaz Dostluq Evinin rəhbəri Alasaniya səfəri çərçivəsində Bakıda Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın inkişafını məqsədi ilə görüşlər keçirəcək.

Səfər proqramına təhsil, mədəniyyət və turizm, rabitə və informasiya texnologiyaları nazirləri, Diasporla iş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitələrinin sədrləri ilə görüşlər daxildir. Həmçinin Alasaniyanın Parlamentin vitse-spikeri Bahar Muradova, "Azercell"in prezidenti Əli Ağan, ombudsman Elmira Süleymanova ilə görüşləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti