...

BMT-nin keçmiş baş katibi Azərbaycana səfər edəcək

Siyasət Materials 25 Yanvar 2011 09:00 (UTC +04:00)
BMT-nin keçmiş baş katibi Butros Butros-Qali Azərbaycana səfər edəcək. Səfər mayın 2-11-nə nəzərdə tutulub. Bu barədə bazar ertəsi Trend-ə "YES Azərbaycan" Konsultativ Qrupunun üzvü Rövşən Muradov məlumat verib.
BMT-nin keçmiş baş katibi Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir S.Ağayeva/

BMT-nin keçmiş baş katibi Butros Butros-Qali Azərbaycana səfər edəcək. Səfər mayın 2-11-nə nəzərdə tutulub. Bu barədə bazar ertəsi Trend-ə "YES Azərbaycan" Konsultativ Qrupunun üzvü Rövşən Muradov məlumat verib.

Səfər zamanı BMT-nin keçmiş baş katibi Azərbaycan rəsmiləri, ölkənin görkəmli ictimai xadimləri ilə görüşmək niyyətindədir.

Butros Butros-Qali Misir diplomatı, BMT-nin altıncı baş katibidir (1992-ci ildən 1996-cı ilədək).

O, Qahirə Universitetində və Paris Universitetində politologiya, iqtisadiyyat və hüququ öyrənib. 1977-1991-ci illərdə Misirin xarici işlər naziri, 1992-ci ildən BMT-nin baş katibi vəzifəsində çalışıb.

Baş katib vəzifəsində olduğu ilk aylarda Butros-Qali "sülhün qorunması" konsepsiyası əvəzinə "sülhün yaradılması" konsepsiyasını təklif edib. O, 1993-cü ilin ortalarına 19 ölkədə olub və 13 sülhməramlı əməliyyatın müfəttişliyini aparıb. 1994-cü ildə BMT-nin Ruandadakı vətəndaş müharibəsinə müdaxilə qərarını keçirməyə göstərdiyi səylər uğursuzluqla nəticələnib. 1996-cı ildə BMT-yə üzv ölkələr, xüsusilə də ABŞ arasında artmaqda olan narazılığa baxmayaraq, Butros-Qali ikinci müddətə namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib. Lakin ABŞ veto hüququndan istifadə edib və Qanadan olan diplomat Kofi Annan baş katib (1997, yanvar) seçilib.

Butros-Qali təqaüdə çıxdıqdan sonra BMT-nin bəzi təşəbbüslərini, o cümlədən İraqla bağlı təşəbbüslərini kəskin tənqid edib.

O, beynəlxalq münasibətlər, diplomatiya, hüquq və politologiya üzrə 100-dən çox mətbu əsərin və çoxsaylı məqalələrin müəllifidir.

Xəbər lenti

Xəbər lenti