...

AŞPA-nın həmməruzəçiləri Bakıda seçkilərdən sonrakı vəziyyəti müzakirə edəcəklər

Siyasət Materials 27 Yanvar 2011 15:18 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri yanvarın 31-də Bakıya növbəti dördgünlük səfər edəcəklər. Bu barədə Trend-ə telefonla məruzəçilərdən biri Yozef Debono Qrex deyib.
AŞPA-nın həmməruzəçiləri Bakıda seçkilərdən sonrakı vəziyyəti müzakirə edəcəklər

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Y.Ostapenko/

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri yanvarın 31-də Bakıya növbəti dördgünlük səfər edəcəklər. Bu barədə Trend-ə telefonla məruzəçilərdən biri Yozef Debono Qrex deyib.

"Səfər zamanı ötən ilin noyabrında Azərbaycanda keçirilmiş parlament seçkilərindən sonrakı vəziyyətin monitorinqi keçiriləcək, siyasi məhbusların azad olunması istiqamətində əldə olunmuş tərəqqiyə qiymət veriləcək", - Qrex deyib.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olmaqla bir sıra öhdəlikləri üzərinə götürüb. Həmin öhdəliklərin yerinə yetirilməsinə Monitorinq Komitəsi nəzarət edir. Hazırkı həmməruzəçilər Maltadan olan deputat Yozef Qrex və ispaniyalı Pedro Aqramuntdur.

2009-cu ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən azadlıqdan məhrum edilmiş 89 məhbus, azadlığıının məhdudlaşdırıldığı üç nəfər və cərimə şəklində cəzalanmaya məhkum edilmiş altı nəfərin əfv edilməsi barədə fərman imzalayıb.

Onlardan bir neçəsi insan haqları üzrə qondarma yerli siyasi qeyri-hökumət təşkilatlarının siyahısına qoşulub.

2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev azadlıqdan məhrum edilmiş 71 nəfər, azadlığı məhdudlaşdırılmış 15 nəfər və cərimə şəklində cəzalandırılan beş nəfərin əfvi barədə fərman imzalayıb.

Qrexin sözlərinə görə, Azərbaycanda parlament seçkilərindən sonrakı vəziyyəti obyektiv qiymətləndirdikdən sonra həmməruzəçilər bütün maraqlı tərəflərlə görüşməyi planlaşdırır.

Həmməruzəçilərin səfəri zamanı Azərbaycanın rəsmi şəxsləri ilə əlaqələrə ölkə prezidenti, daxili və xarici işlər nazirləri, həmçinin ombudsman ilə görüşlər daxildir.

Həmçinin bütün siyasi partiyalar, o cümlədən müxalifət partiyalarının nümayəndələri ilə görüşlər planlaşdırılıb, Qrex deyib.

Səfərin sonuncu günündə mətbuat konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti