...

Azərbaycanın NATO ilə əməkdaşlığı məhsuldardır – NATO generalı (FOTO)

Siyasət Materials 31 Yanvar 2011 12:24 (UTC +04:00)
Azərbaycanın NATO ilə əməkdaşlığı məhsuldardır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə NATO-nun Beynəlxalq Hərbi Qərargahının Əməkdaşlıq və Regional Təhlükəsizlik İdarəsinin rəhbəri, general-mayor Branko Karlos məlumat verib.
Azərbaycanın NATO ilə əməkdaşlığı məhsuldardır – NATO generalı (FOTO)

Fotoşəkillər əlavə olunub (birinci xəbər 11:21-də yayılıb)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın NATO ilə əməkdaşlığı məhsuldardır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə NATO-nun Beynəlxalq Hərbi Qərargahının Əməkdaşlıq və Regional Təhlükəsizlik İdarəsinin rəhbəri, general-mayor Branko Karlos məlumat verib.

"NATO-nun yeni konsepsiyası çərçivəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün bütün vasitə və imkanlarımız var", - Karlos bildirib.

Onun sözlərinə görə, hazırkı məqamda bir neçə birgə layihə həyata keçirilir. "Biz Azərbaycanla mövcud və yeni layihələrin həyata keçirilməsi zamanı əməkdaşlığın genişləndirilməsinə ümid edirik", - Karlos qeyd edib.

O, bildirib ki, Azərbaycanın sülhməramlı qüvvələrinin Əfqanıstanda iştirakını yüksək qiymətləndirir.

Azərbaycan və NATO-nun əməkdaşlıq perspektivləri 30 yanvar - 6 fevralda NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) növbəti qış sessiyasının gedişində müzakirə olunacaq.

Azərbaycanla NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində qoyulub. Azərbaycan bu proqramın ilk iştirakçıları sırasında ATƏT-ə üzv 27ölkədən biri olub.

1996-cı ilin aprel ayında qarşılıqlı əlaqələrin konkret istiqamətlərini müəyyən edən "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd imzalanıb. Hal-hazırda bu proqrama uyğun olaraq, Azərbaycan ona həvalə olunmuş 50 tərəfdaşlıq tapşırığını yerinə yetirir.

2005-ci il avqustun 3-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planının təsdiq olunması haqqında" fərman imzalayıb.

Hazırda "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı"nın ikinci mərhələsi çərçivəsində əməkdaşlıq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti