...

Bakıda Litvanın Müstəqillik Gününə həsr edilmiş tədbir keçiriləcək

Siyasət Materials 7 Fevral 2011 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir S.Ağayeva/

Bakıda Litvanın Müstəqillik Gününə həsr edilmiş silsilə tədbirlərin keçirilməsinə başlanılır.

Litva Seyminin sədri İrena Dyaqutenenin fevralın 8-də Bakıya rəsmi səfəri Litvanın Müstəqillik Gününə həsr edilmiş silsilə tədbirlərin başlanması ilə əlamətdar olacaq. Bu barədə bazar ertəsi Trend-ə Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas məlumat verib.

Dyaqutenenin səfəri fevralın 10-dək davam edəcək. Litva parlamentinin spikeri Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirməyi planlaşdırır.

Fevralın 9-da Bakıda Litva Seyminin sədrinin səfəri çərçivəsində Azərbaycan-Litva biznes-forumu keçiriləcək, fevralın 10-da isə Azərbaycan Dövlət Filarmaniyasında Litvanın Müstəqillik Gününə həsr edilmiş konsert veriləcək. Konsertdə Azərbaycanın kamera orkestri ilə birgə litvalı pianoçu Muza Rubatskite çıxış edəcək.

"Bakı auditoriyasına Muza Rubatskiteni dinləməyi təklif etməyə çox şadam. Düşünürəm ki, konsert milli bayramımızı bizimlə birgə qeyd edənlər üçün ən yaxşı hədiyyə olacaq", - Litvanın Azərbaycandakı səfiri bildirib.

Elə həmin gün Dövlət Filarmaniyasında Litvanın dahi rəssamlarından biri M.K.Çyurlenisə həsr olunmuş sərginin açılışı olacaq.

Xəbər lenti

Xəbər lenti