...

Azərbaycan Prezidenti bir sıra beynəlxalq sazişləri imzalayıb

Siyasət Materials 16 Fevral 2011 15:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra beynəlxalq sazişləri təsdiq edib
Azərbaycan Prezidenti bir sıra beynəlxalq sazişləri imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra beynəlxalq sazişləri imzalayıb.

"Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" 2010-cu il noyabrın 18-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan Prezidentlərinin 2010-cu il noyabrın 18-də Bakı şəhərində imzalanmış Birgə Bəyanatı təsdiq edilib.

Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" 2010-cu il dekabrın 7-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib

"Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" 2010-cu il noyabrın 20-də Lissabon şəhərində imzalanmış Saziş təsdiq edilib.

"Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" 2010-cu il oktyabrın 6-da Astana şəhərində imzalanmış Saziş təsdiq edilib.

"Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında" 2010-cu il noyabrın 26-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti