...

Azərbaycan Parlamenti "Sosial xidmət haqqında" qanun layihəsini müzakirə edir

Siyasət Materials 16 Fevral 2011 16:52 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsi çərşənbə günü keçirilən iclasda "Sosial xidmət haqqında" yeni qanun layihəsinin müzakirəsinə başlayıb.
Azərbaycan Parlamenti "Sosial xidmət haqqında" qanun layihəsini müzakirə edir

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsi çərşənbə günü keçirilən iclasda "Sosial xidmət haqqında" yeni qanun layihəsinin müzakirəsinə başlayıb.

"Qanun layihəsi çətin vəziyyətdə yaşayan şəxslərə dövlət tərəfindən sosial xidmətlərin göstərilməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirir, eləcə də bu sahədəki münasibətləri tənzimləyəcək", - komitə sədri Hadı Rəcəbli bildirib.

Onun sözlərinə görə, qanun layihəsi hazırlanarkən Qazaxıstan, Qırğızıstan və Türkiyə qanunvericilik bazasının yaradılması təcrübəsi nəzərə alınıb.

"Bu qanunun qəbul edilməsini çoxları gözləyir, - iclasda Milli Məclisin deputatı Elmira Axundova deyib. - Buna görə də yaxşı olardı ki, onu artıq parlamentin yaz sessiyasında hazırlayaq və qəbul edək".

Xəbər lenti

Xəbər lenti