...

Azərbaycan Prezidenti "Bloomberg" agentliyi ilə əlaqə saxlamayıb - mətbuat xidməti

Siyasət Materials 17 Fevral 2011 13:30 (UTC +04:00)
Azərbaycan Prezidentinin "Bloomberg" agentliyi ilə əlaqə saxlamasına dair təhrif olunmuş faktlar oxucular arasında yanlış təəssüratın yaranmasına səbəb olur - mətbuat xidməti
Azərbaycan Prezidenti "Bloomberg" agentliyi ilə əlaqə saxlamayıb - mətbuat xidməti

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir T.Hacıyev/

Cari ilin fevral ayının 16-da "Bloomberg" agentliyinin dərc etdiyi məqalədə verilmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin foto şəklinin altında "Azərbaycan dünyanın dördüncü ən böyük qaz ehtiyatlarının sahibi Türkmənistandan hələ konkret təklif gözləyir... Biz Türkmənistan qazının ötürülməsini təmin etməyə hazırıq" sözlərinin telefonla Əliyev soyadlı şəxs tərəfindən deyildiyi iddia edilir.

Bununla da, bu sözlərin şəkildə göstərilən şəxsə - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə aid olması haqqında fikir formalaşdırılır. Bu məsələ ilə əlaqədar olaraq agentliyimizin nümayəndələri prezidentin mətbuat xidməti ilə əlaqə saxlamış və mətbuat xidmətindən verilən məlumata əsasən, Prezidentin "Bloomberg" agentliyi ilə əlaqə saxlamadığı aydınlaşdırılmışdır. Bu cür təhrif olunmuş faktlar oxucular arasında yanlış təəssüratın yaranmasına və qeyri-obyektiv informasiyanın yayılmasına səbəb olur.

Xəbər lenti

Xəbər lenti