...

İranın Azərbaycandakı səfirinə mükafat təqdim olunub

Siyasət Materials 19 Fevral 2011 13:06 (UTC +04:00)
İranın Azərbaycandakı səfir Məhəmməd Bağır Bəhrami "İlin səfiri" mükafatına layiq görülüb.
İranın Azərbaycandakı səfirinə mükafat təqdim olunub

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir T.Cəfərov/

İranın Azərbaycandakı səfir Məhəmməd Bağır Bəhrami "İlin səfiri" mükafatına layiq görülüb. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri Trend-ə bildirib.

İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami 2010-cu ildə Azərbaycan ilə İran arasındakı münasibətlər istiqamətində fəaliyyətinə görə, iki ölkə arasında viza rejiminin ləğvində göstərdiyi səylərə görə, iki ölkə arasında iqtisadi sahələrdə əlaqələrin inkişafında göstərdiyi səylərə görə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Nəşriyyatı, "Hüquq və Azadlıq" qəzeti tərəfindən "İlin səfiri" mükafatına layiq görülüb.

Mükafat qəzetin baş redaktoru tərəfindən cümə günü səfirə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti