...

Azərbaycanın Liviyadakı səfirliyinə soydaşlarımızdan qayıtmaq xahişi ilə bağlı müraciət daxil olmayıb

Siyasət Materials 21 Fevral 2011 16:15 (UTC +04:00)
Azərbaycanın Liviyadakı səfirliyinə orada müvəqqəti olan soydaşlarımızdan qayıtmaq xahişi ilə bağlı müraciət hələ ki daxil olmayıb. Bu barədə bazar ertəsi Trend-ə diplomatik missiyadan məlumat verilib.
Azərbaycanın Liviyadakı səfirliyinə soydaşlarımızdan qayıtmaq xahişi ilə bağlı müraciət daxil olmayıb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir A.Tağıyeva/

Azərbaycanın Liviyadakı səfirliyinə orada müvəqqəti olan soydaşlarımızdan qayıtmaq xahişi ilə bağlı müraciət hələ ki daxil olmayıb. Bu barədə bazar ertəsi Trend-ə diplomatik missiyadan məlumat verilib.

"Hazırda Liviyada müvəqqəti olaraq 13 Azərbaycan vətəndaşı yaşayır və təhsil alır. İndiyədək diplomatik missiyaya təxliyyə xahişi ilə bağlı heç kim müraciət etməyib", - səfirlikdən deyiblər.

Liviya əyalətlərində ölkəni 42 ildir idarə edən Müəmmər Qəddafinin istefası ilə bağlı aksiyalar fevralın 15-dən davam edir. Hüquq müdafiəsi təşkilatı "Human Rights Watch"un məlumatına görə, bu günlər ərzində nümayişçilərin qanun keşikçiləri ilə toqquşmaları nəticəsində azı 233 nəfər həlak olub. Rəsmi hakimiyyət 84 nəfərin həlak olmasını təsdiqləyir. Məlumatı RİA Novosti yazır.

Xəbər lenti

Xəbər lenti