...

ATƏT PA-nın sessiyası Azərbaycanın Avstiyadakı səfirinin xatirəsini birdəqiqəlik sükütla yad edəcək

Siyasət Materials 23 Fevral 2011 19:00 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının qış sessiyası cümə axşamı dünən vəfat edən Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovun xatirəsini birdəqiqəlik sükütla yad etməklə başlayacaq.
ATƏT PA-nın sessiyası Azərbaycanın Avstiyadakı səfirinin xatirəsini birdəqiqəlik sükütla yad edəcək

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir Y.Ostapenko/

ATƏT Parlament Assambleyasının qış sessiyası cümə axşamı dünən vəfat edən Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovun xatirəsini birdəqiqəlik sükütla yad etməklə başlayacaq.

ATƏT PA-nın prezidenti Petros Eftimiu bununla bağlı başsağlığı verib.
"Parlament Assambleyası adından mən Azərbaycanın ATƏT yanındakı səfiri Fuad İsmayılovun ailəsinə və onun həmkarlarına dərin hüzünlə başsağlığı verirəm. ATƏT birliyi bu kədərli xəbərdən məyus olub", - Eftimiunun sözləri təşkilatın yaydığı məlumatda göstərilib.

Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov ağır xəstəlikdən sonra çərşənbə gününə keçən gecə vəfat edib.

Fuad İsmayılov 1968-ci il aprelin 26-da Bakı şəhərində anadan olub.
BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirib. Prezident Aparatında, Azərbaycanın xaricdəki müxtəlif diplomatik missiyalarında çalışıb. 2005-ci ildən Azərbaycanın Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub.

Fuad İsmayılov həmçinin Azərbaycanın ATƏT-də, bir sıra beynəlxalq təşkilatlarda daimi nümayəndəsi və Azərbaycanın Slovakiya və Sloveniyada səfirləri olub.

Allah rəhmət eləsin!

Xəbər lenti

Xəbər lenti