...

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi mandatını başa vurdu

Siyasət Materials 26 Fevral 2011 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir Y.Ostapenko/

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi öz mandatını başa vurdu. Trend-in məlumatına görə, o, bu barədə şənbə günü Bakıda yekun mətbuat konfransında məlumat verib.

Semnebi xüsusi nümayəndə kimi Azərbaycanda sonuncu səfərdədir. Bir həftə əvvəl o, Tbilisiyə vida səfəri etmişdi. Semnebinin xüsusi nümayəndə qismində mandatı rəsmi olaraq fevralın 28-də başa çatır.

Aİ-nin xüsusi nümayəndəsi vəzifəsinin bir sıra regionlarda, o cümlədən Cənubi Qafqazda və Moldovada - "dondurulmuş münaqişələr" ocağında ləğvi məsələsi müzakirə edilir. Belə təkliflə ötən il mayın sonlarında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton çıxış edib.

Ai-də bundan sonra Cənubi Qafqaz regionu məsələləri ilə kimin məşğul olacağı hələ ki məlum deyil.

Xəbər lenti

Xəbər lenti