...

Avropa İttifaqının nümayəndə heyəti Naxçıvana səfər edib

Siyasət Materials 3 Mart 2011 04:47 (UTC +04:00)
Fevral ayının sonlarında Avropa İttifaqına üzv olan on ölkənin səfirləri və Aİ-nin Azərbaycandakı Ofisinin nümayəndələri Naxçıvan Muxtar Respublikasına rəsmi səfər ediblər. Bu barədə ENPI-nin məlumatında deyilir.
Avropa İttifaqının nümayəndə heyəti Naxçıvana səfər edib

Azərbaycan, Bakı, 3 mart /Trend/

Fevral ayının sonlarında Avropa İttifaqına üzv olan on ölkənin səfirləri və Aİ-nin Azərbaycandakı Ofisinin nümayəndələri Naxçıvan Muxtar Respublikasına rəsmi səfər ediblər. Bu barədə ENPI-nin məlumatında deyilir.

Səfər zamanı Naxçıvanla olan əlaqələrin bütün aspektləri müzakirə edilib, Şərq Tərəfdaşlığı kontekstində gələcək əməkdaşlıq sahələri qiymətləndirilib.

"Səfər Avropa İttifaqının Azərbaycanın bütün regionları ilə eyni qarşılıqlı əlaqələr qurmaq niyyətində olduğununümayiş etmişdir. Inanırıq ki, Naxçıvan və Aİ arasındakı daha güclü tərəfdaşlıq bir çox səviyyədə daha çox vədlər verə bilər. Yerli hakimiyyət dairələrindən, eləcə də vətəndaş cəmiyyəti təşkilatlarından aydın mesaj aldıq ki, bu da Avropa İttifaqını regiondakı iştirakını artırmağa çağırır. Yüksək hakimiyyət dairələri Aİ-nı əmin etmişlər ki, Avropa İttifaqı və ona Üzv Dövlətlərin istənilən zaman Naxçıvana gələcək səfərləri hər zaman səmimiyyətlə qarşılanacaqdır", Aİ Sədrliyi adından Səfir Roland Kobia deyib.

24 saatdan artıq davam edən səfər müddətində Aİ Səfirləri regionun xüsusiyyətlərini, eləcə də Ermənistanla Azərbaycan arasındakı münaqişənin mənfi təsirlərini qiymətləndiriblər. Avropa İttifaqının regionun davamlı inkişafına töhfə etmək üçün onunla daha artıq çalışmaq niyyətində olduğu qeyd olunub. Səfirlər Naxçıvanda ATƏT layihələrinin inkişafını alqışlamış və bunu təşviq etmiş, iqtisadi inkişaf, təhsil və elm sahələrini gələcəkdə birgə əməkdaşlığın mümkün sahələri olaraq müəyyən ediblər.

Səfər zamanı Aİ Səfirləri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, daxili işlər naziri, ədliyyə naziri, iqtisadi inkişaf naziri, xarici işlər nazirliyinin nümayəndələri, ombudsman, eləcə də müxtəlif sahələrdən olan qeyri-hökumət təşkilatları və siyasi partiyalarla görüş keçiriblər. Gender, gənclik, ətraf mühit, insan hüquqları və demokratikləşmə sahələrində siyasi məsələləri və əməkdaşlığı əhatə edən mövzular zamanı Aİ-nın gələcək iştirakı ilə bağlı aktual məsələlər vurğulanıb.

Xəbər lenti

Xəbər lenti